Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub

Tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib...

Bakı, Aytən Əliyeva, İnteraz - 21 Sentyabr 2019, 11:33

Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektdə olublar.

 

Bu barədə İnterAz-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.