Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub...

Bakı, Aytən Əliyeva, İnteraz - 21 Sentyabr 2019, 11:23

Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yerləşən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.

 

DSX-nin Mətbuat Mərkəzindən İnterAz-a verilən məlumata görə, sentyabrın 20-si saat 13:20 radələrində sərhəd döyüş mövqe­lərimiz və təminat yollarının salınması ilə məşğul olan eksko­vato­ru düşmən tərə­findən atə­şə tutul­ub.

 

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.