“TurAz Qartalı - 2019” təlimlərində növbəti uçuşlar icra olunub

Azərbaycan və Türkiyənin 30-dək hərbi aviasiya vasitəsinin iştirak etdiyi təlimlər sentyabrın 16-dək davam edəcək...

Bakı, Aytən Əliyeva, İnteraz - 10 Sentyabr 2019, 18:00

“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq növbəti uçuşlar icra olunub.

 

Müdafiə Nazirliyindən İnterAz-a verilən məlumata görə, Azərbaycan və Türkiyənin 30-dək hərbi aviasiya vasitəsinin iştirak etdiyi təlimlər sentyabrın 16-dək davam edəcək.