Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Prezident sərəncam imzalayıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 24 Iyun 2019, 18:05

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

 

İnterAz-ın xəbərinə görə, sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

 

“general-leytenant” hərbi rütbəsi

 

general-mayor Fuad Nadir oğlu Məmmədova

 

general-mayor Zahid İbrahim oğlu Hüseynova

 

“general-mayor” hərbi rütbəsi

 

polkovnik Qədir Əşrəf oğlu Nəsibova

 

polkovnik Rasim Rza oğlu Babayevə

 

polkovnik Vüqar Əfqan oğlu Əliverdiyevə

 

polkovnik Polad İsrayıl oğlu Həşimova

 

polkovnik İlqar Zakir oğlu Lətifova

 

polkovnik Məhəmməd Kərim oğlu Həsənova.