Türkiyə Prezidenti müdafiə sahəsində Azərbaycan və Gürcüstanla üçtərəfli sazişi təsdiq edib

Bildirilib ki, saziş 2019-cu il iyunun 11-dən qüvvəyə minir...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyun 2019, 11:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sahəsində Azərbaycan və Gürcüstanla üçtərəfli sazişi təsdiq edib.

 

İnterAz xəbər verir ki, bununla bağlı məlumat “Resmi Gazete”də dərc olunub. 

 

Bildirilib ki, saziş 2019-cu il iyunun 11-dən qüvvəyə minir.

 

Xatırladaq ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığa dair saziş 2018-ci il martın 31-də Giresunda imzalanıb.