“REAL Hərəkatı növbəti seçkilərə öz namizədi ilə qatılacaq”- Açıqlama

Erkin Qədirli: “Cəmil Həsənli ilə görüşəcəyik, danışacağıq”

Bakı. Müşfiq Abdulla, , İnteraz - 14 Oktyabr 2013, 12:40

Respublikaçı Alternativ Hərəkatı 2015-ci ilin parlament və 2018-ci ilin prezident seçkilərində öz namizədləri ilə iştirak etmək fikrindədir. Bu barədə İnterAz-a REAL Hərəkatının Məclisinin sədri Erkin Qədirli verib. Onun sözlərinə görə, hələlik REAL Hərəkatının siyasi partiyaya çevrilməsi istiqamətində iş aparılır: “Biz 2013-cü ildə yeganə ortaq namizəd kimi Cəmil Həsənlini dəstəklədik. Bundan sonra nə imkanlarımızı dəyərləndirib fəaliyyət göstərəcəyik. Hazırda vəziyyət qeyri-müəyyəndir. ATƏT-in hesabatı da bunu göstərir. Başqa çevrələrdən də tənqidi bəyanatlar gəlməyə başladı. Biz Cəmil Həsənli ilə görüşəcəyik, danışacağıq, buna uyğun da strateji hədəflərimizi müəyyənləşdirib fəaliyyətimizi quracağıq. Əsas strateji məqsədimiz REAL Hərakatının siyasi partiyaya çevrilməsinə nail olmaqdır. Lakin Hərəkatın sədri İlqar Məmmədovun həbsdə olması bu prosesi ləngidir. Bundan sonra strateji hədəfimiz 2015-ci ildə keçiriləcək parlament və 2018-ci ilin prezident seçkilərinə öz namizədimizlə getməkdir”.