“Vətən” bloku parlament seçkilərinə getməyə qərar verdi - Açıqlama

Mais Gülalıyev: “Bu məqsədlə xüsusi qrup yaradılıb”

Bakı. Müşfiq Abdulla, Sevil Zeynalqızı, İnteraz - 14 Oktyabr 2013, 12:20

""Vətən" bloku bundan sonra da fəliyyətini davam etdirəcək və 2015-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlaşacaq”. Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Gülalıyev İnterAz-a açıqlamasında belə deyib. 

Onun sözlərinə görə, qarşıda “Vətən” blokunun genişlənməsi nəzərdə tutulub: “Vətən” bloku seçki bloku olmadığına görə, seçkilərin başa çatmasına baxmayaraq, fəaliyyətini davam etdirəcək. Dünən biz bununla bağlı birgə müzakirələr də aparmışıq. 2015-ci ildə keçiriləcək parılament seçkilərinə hazırlıqla bağlı qrup yaradılıb. Hətta beynəlxalq əlaqələrin genişləndirilməsi də nəzərdə tutulur. Bu məqsədlə noyabr ayında blokun təmsilçiləri Brüsseldə və Berlində keçiriləcək tədbirlərə qatılacaq.”