Erməni silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edirlər

Düşmən cavab atəşilə susdurulub

Bakı, Vüsal Nəbiyev, İnteraz - 14 Oktyabr 2013, 11:05

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Şirvanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, Daşkəsən, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 


Düşmən cavab atəşi ilə susdurulub.