Bakı şəhər Baş Polis İdarəsindən mitinqlə bağlı AÇIQLAMA

"İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”

Bakı, Sevil Zeynalqızı, İnteraz - 12 Oktyabr 2013, 20:10

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın bu gün Bakıda keçirdiyi mitinqlə bağlı məlumat yayıb. InterAz-ın xəbərinə görə, açıqlamada deyilir: “Oktyabrın 12-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 16:20-dən 17.20-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifət yönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.