ACP özünə yeni ofis axtarır

Zəminə Dünyamalıyeva: "Ofis tapan kimi KXCP-nin qərəgahını tərk edəcəyik”

Bakı, , İnteraz - 12 Oktyabr 2013, 12:25

Açıq Cəmiyyət Partiyası Nərimanov rayonu Tələt Şıxəliyev küçəsi 8 ünvanda yerləşən ofisindən çıxdıqdan sonra qərəgahsız qalıb. Xatırladaq ki, həmin ofisi AXCP icarəyə götürüb. Bununla bağlı İnterAz-a açıqlama verən ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva bildirdi ki, müvəqqəti olaraq, Klassik Xalq Cəbhəsi Partiysının qərəgahında yerləşən ACP yeni ofis axtarışındadır: “ACP əvvəlcə Tələt Şıxəliyev küçəsindəki ofi icarəyə götürmüşdü. Sonradan müəyyən səbəblərdən həmin ofisin sahibi bizi oradan çıxartdı və AXCP-yə icarəyə verdi. İndi biz yeni ofis axtarırıq və tapan kimi KXCP-nin qərəgahını tərk edəcəyik”.