İnterAz telekanalı “Azerspace” peyki vasitəsilə yayıma başlayıb

İnterAz telekanalı bu gündən etbarən“Azerspace” peyki vasitəsilə yayıma başlayıb.

Bakı, Orxan Kərimov, İnteraz - 12 Oktyabr 2013, 11:15

İnterAz telekanalı bu gündən etbarən“Azerspace” peyki vasitəsilə yayıma başlayıb. İndi İnterAz-ın izləyiciləri “Azerspace” peyki vasitəsilə telekanala rahat şəkildə baxmaq imkanı qazanıblar.

 

Faydalı yük üzrə 36 fəal transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan “Azərspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşir və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Orbitdə istismar müddəti ən azı 15 il təşkil edəcək “Azərspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulub. Xatırladaq ki, İnterAz televiziyası Rusiyanın paytaxtı Moskvadan yayımlanır.

 

Telekanal 75-ci dərəcədə yerləşən LMI-1 (ABS-1) peyki ve Raduga Tv operatoru vasitəsilə Rusiya, MDB və digər ölkələrə açıq yayım həyata keçirir. İnterAz kanalına, həmçinin KaTv-1, Connect, Ailə Tv, BBTV ve Smart (Gəncə) SNTV (SUMGAYIT) kabel şəbəkələrində baxmaq mümkündür.