İşğalçı qüvvələr atəşkəs rejimini 7 istiqamətdə pozublar

Düşmən cavab atəşi ilə susdurulub

Bakı, Vüsal Nəbiyev, İnteraz - 01 May 2014, 09:36

Erməni silahlıları 7 istiqamətdə atəşkəsi pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.