İşğalçılar sutka ərzində atəşkəs rejimini pozmaqda davam ediblər

Düşmən cavab atəşi ilə susdurulub

Bakı, Vüsal Nəbiyev, İnteraz - 30 Aprel 2014, 09:36

İşğalçı erməni silahlı qüvvələri cəbhə xəttində sutka ərzində atəşkəs rejimini pozmaqda davam ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Baş Qərvənd, Şıxlar kəndləri yaxınlığında, Göygöl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.