Xarici işlər naziri Elmar Məmmədyarov macarıstanlı həmkarı ilə görüşüb

Görüş əsnasında Azərbaycan Respublikası ilə Macarıstan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

© Foto: mfa.gov.az

Bakı, Vüsal Nəbiyev, İnteraz - 29 Aprel 2014, 13:30

Xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etmək üçün Budapeştə səfəri çərçivəsində Macarıstanın Xarici İşlər Naziri Janos Martonyi ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, görüş əsnasında Azərbaycan Respublikası ilə Macarıstan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə də enerji, ticarət, mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll üçün aparılan danışıqlar barəsində məlumat vermiş və münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.