"Dövlət və cəmiyyət arasında bir anlaşma var"

"Amma təbii ki, öz həllini tapacaq problemlərdə çətinliklər də mövcuddur"

Bakı, Aysel Haşımova, Vüsal Nəbiyev, İnteraz - 29 Aprel 2014, 10:07

"Azəbaycanı sadəcə bir neft-qaz resus dövləti kimi deyil, eyni zamanda müxtəlif fikirlərin, ideyaların, ideologiyların axınında da aparıcı bir mövqeydən çıxış edir". Ölkə daxili siyasi proseslərlə bağlı Milli Məclisinin Təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü, deputat Zahid Oruc İnteraz-a danışıb:

"Azərbaycanda ictimai siysət kifayət qədər dinamikdir. Dövlət başçısının qərarları fonunda Azərbaycanın həyatında beynəlxalq tədbirlər, ölkənin xarici əlaqələri dinamik formada inkişaf etməkdədir. Eyni zamanda konkret olaraq bölgədə baş verən müxtəlif hadisələrlə bağlı Azərbaycanın fəal mövqeyi də danılmazdır. Cənab prezidentin rəhbərliyi ilə məlum açıq forum keçirildi. Çox mühüm bir tədbir idi. Burada onlarla ölkənin keçmiş dövlət başçıları iştirak etdilər. Azərbaycan prezidenti cənab İlham Əliyevin o tədbirdə açıqladığı fikirlərdən çıxış edərək deyə bilərik ki, həqiqətən Azərbaycan belə tədbirlərin artıq bir ünvanına çevrilibdir. Bir siyasi mərkəz rolunda çıxış edir, bu da ideyaların mübadiləsinə kömək edir. Azəbaycanı sadəcə bir neft-qaz resus dövləti kimi deyil eyni zamanda müxtəlif fikirlərin, ideyaların, ideologiyların axınında da aparıcı bir yerə çıxarır. Bunun əlbəttə ki, ölkənin həyatına müsbət təsiri var. Siyasi qüvvələr üçün də bu bir düşünmə imkanı, özünün addımlarını, baxışlarını dəyişmək fürsəti verir.

Mən bütövlükdə Azərbycanın ictimai-siyasi həyatını stabil hesab edirəm. Ən müxtəlif hadisələrdə cəmiyyətdə bir səfərbərlik var. Dövlət və cəmiyyət arasında bir anlaşma var. Amma təbii ki, öz həllini tapacaq problemlərdə çətinliklər də mövcuddur. Əminəm ki, dövlət başçımızın düzgün idarəçiliyi ilə bu çətin problemlər də öz həlli yollarını tapacaq".