Dövlət başçısı Belçikanın keçmiş baş naziri İv Letermi qəbul edib

Keçmiş baş nazir İv Leterm II Qlobal Açıq Cəmiyyətlər Forumunun yüksək səviyyədə təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını məmnunluqla qeyd edib

Bakı, Vüsal Nəbiyev, İnteraz - 28 Aprel 2014, 17:12

Prezident İlham Əliyev Belçika Krallığının keçmiş baş naziri İv Letermi qəbul edib.

Keçmiş baş nazir İv Leterm II Qlobal Açıq Cəmiyyətlər Forumunun yüksək səviyyədə təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını məmnunluqla qeyd edib. O, sürətli iqtisadi inkişafa görə Azərbaycanın nümunəvi bir ölkə olduğunu vurğulayıb. 

Azərbaycanda son illər bir sıra mühüm beynəlxalq tədbirlərin davamlı olaraq keçirildiyini bildirən prezident İlham Əliyev II Qlobal Açıq Cəmiyyətlər Forumunun da ənənəvi xarakter alacağına ümidvar olduğunu qeyd edib.