Azərbaycanda virtual İpək Yolu olacaq
Əli Abbasov: "Virtual İpək Yolu layihəsinin hazırlanması üçün peyk sistemi qurulmalıdır"
Bakı, Tural Səftərov, İnteraz - 06 Fevral 2014, 15:49
“Böyük İpək Yolunu artıq virtual İpək Yoluna çevirmək lazımdır”.
İnterAz-ın məlumatına görə, bunu Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bunu Türkiyədə keçirilən 17-ci Avrasiya İqtisadiyyat Zirvəsi adlı konfransda çıxışı zamanı söyləyib.
O, qeyd edib ki, bütün məlumatlar İpək Yolu vasitəsi ötürülməlidir. Azərbaycanın 5-7 il müddətində infiormasiya texnalogiyaları sahəsində sürətlə irəli getdiyini vurğulayan nazir, ölkə 70% əhalinin internetdən istifadə etdiyi qeyd edib. Onun sözlərinə görə, ölkədə genişzolaqlı inetnete girişlərin sayının 50%-ə çatıb.
Ə.Abbasov çıxışı zamanı 2016-cı ilə qədər ölkədə sürətli internetə girişın sayını 85%-əqədər qaldırcaqlarını hədəflədiklərini söyləyib. Nazir çıxışının sonunda isə Virtual İpək Yolu layihəsinin hazırlandığını və bununla əlaqədar olaraq peyk sistemin qurulması barədə fikirləşdiklərini dilə gətirib.