Həmsədrlər bəyanat verdi

Bəyanatda deyilir ki, tərəflər xüsusilə də Soçidə keçirilən Qış Olimpiya Oyunları müddətində atəşkəs rejiminə əməl olunacağını və gərginliyə yol verilməyəcəyini bildiriblər

Bakı, Tural Səftərov, İnteraz - 06 Fevral 2014, 14:15

ATƏT-in Minsk qrupunun Rusiya, Fransa, və ABŞ-dan olan həmsədrləri - İqor Popov, Jak For və Ceyms Uorlik, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bölgəyə son səfərləri ilə bağlı bəyanat yayıblar.

 

İnterAz-ın qurumun saytına istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir ki, tərəflər xüsusilə də Soçidə keçirilən Qış Olimpiya Oyunları müddətində atəşkəs rejiminə əməl olunacağını və gərginliyə yol verilməyəcəyini bildiriblər. Həmsədirlər yüksək səviyyədə görüşə hazırlıq çərçivəsində yaxın həftələrdə tərəflərlə məsləhətləşmələri davam etdirəcəklər.

 

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərii fevralın 4-6-da Bakıda və İrəvanda səfərdə olublar.

sss