Həmsədrlər Sarkisyanla atəşkəsin tez-tez pozulma səbəbini müzakirə edib

İrəvanda Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün növbəti addımlar müzakirə edilib

Bakı, Tural Səftərov, İnteraz - 06 Fevral 2014, 09:59

Ermənistan prezidenti Serj Sarkisyan bu gün İrəvanda ATƏT-in Minsk qurupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.

 

İnterAz-ın newsarmenia.ru saytına istinadən yaydığı məlumata görə, görüşün gedişində ATƏT həmsədrləri Bakı görüşləri barədə təəssüratlarını danışıblar. Tərəflər həmçinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün növbəti addımları müzakirə ediblər. 

 

Söhbət əsnasında son günlər cəbhədə atəşkəsin tez-tez pozulması məsələsi də müzakirə olunub.

sss