"Kəşmirin və Dağlıq Qarabağın işğalı beynəlxalq qanun pozuntusudur" - Səfir

Səfir bildirib ki, Pakistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq dəstəkləyir

Bakı, İlkin Nadirov, Vüsal Nəbiyev, İnteraz - 05 Fevral 2014, 16:52

“Biz yeganə dövlətik ki, Ermənistanı dövlət kimi tanımırıq. Eyni zamanda biz Azərbaycanın Kəşmir məsələsində verdiyi dəstəyini alqışlayırıq” - bu sözləri İnterAz televiziyasına müsahibəsində Pakistanın ölkəmizdəki səfiri Xalid Osman Qeysər söyləyib.

Səfir bildirib ki, Pakistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq dəstəkləyir, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyir. 

Qeyd edək ki, Pakistanda 5 fevral Kəşmirin Həmrəylik günüdür. Bu münasibətlə Pakistan səfirliyində tədbir keçirilib. Tədbirdə Kəşmirin işğalından söz açılıb, minlərlə Pakistanlının qətlə yetirildiyi vurğulanıb.

 

sss