Azərbaycan-Qətər münasibətləri müzakirə olunub

Görüşdə Azərbaycan və Qətər arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri, ölkələrin iqtisadi vəziyyəti və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Bakı, Tural Səftərov, İnteraz - 05 Fevral 2014, 13:22

Fevralın 3-də Azərbaycanın Qətərdəki səfiri Tofiq Abdullayev bu ölkənin Turizm Agentliyinin sədri İssa Al Mohannadi ilə görüşüb.

 

Səfirlikdən İnterAz-a bildirilib ki, görüşdə Azərbaycan və Qətər arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri, ölkələrin iqtisadi vəziyyəti və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Sonda səfir T.Abdullayev Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin cari il aprelin 3-5-dək Bakıda keçiriləcək XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində iştirak üçün dəvət məktubunu İssa Al Mohannadiyə təqdim edib.

sss