İlham Əliyev Haaqadakı nüvə təhlükəsizliyi sammitində iştirak edəcək

“Nüvə enerjisindən sülh məqsədilə istifadə hamı üçün vacib məsələdir və Azərbaycanın təcrübəsi bizim üçün maraqlıdır”

Bakı, Tural Səftərov, İnteraz - 04 Fevral 2014, 13:38

Azərbaycan bu il Haaqada keçiriləcək nüvə təhlükəsizliyi üzrə növbəti sammitə dəvət olunub.

 

İnterAz-ın xəbərinə görə, bunu Niderland Krallığının xarici işlər naziri Frans Timmermans bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan prezidenti sammitdə iştirak edəcək: “Nüvə enerjisindən sülh məqsədilə istifadə hamı üçün vacib məsələdir və Azərbaycanın təcrübəsi bizim üçün maraqlıdır”.

 

Qeyd edək ki, nüvə təhlükəsizliyi üzrə son sammit 2012-ci ildə Seulda keçirilib. Azərbaycan prezidenti İlham Əliyev həmin sammitdə iştirak edib.

sss