Nazir: “Azərbaycan vətəndaşlarının Suriyada həlak olmasının qarşısını almaq üçün bütün mümkün tədbirlər görüləcək”

“Əlbəttə, biz vətəndaşlarımızın Suriyada həlak olmasını istəmirik və bunun qarşısını almaq üçün lazımi addımlar atılacaq”

Bakı, Tural Səftərov, İnteraz - 04 Fevral 2014, 13:12

“Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada gedən döyüşlərdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı KİV-də yayılan xəbərləri izləyir”.

 

İnterAz-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Niderland Krallığının xarici işlər naziri Frans Timmermans ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, bu kimi halların qarşısını almaq üçün bütün mümkün tədbirlər görüləcək: “Əlbəttə, biz vətəndaşlarımızın Suriyada həlak olmasını istəmirik və bunun qarşısını almaq üçün lazımi addımlar atılacaq”.

sss