Azərbaycanın və Niderlandın XİN rəhbərləri Bakıda görüşüb
Görüşdə iki ölkə arasında münasibətlərin indiki və gələcək inkişaf perspektivləri, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı mühüm məsələlər müzakirə olunub
Bakı, Tural Səftərov, İnteraz - 04 Fevral 2014, 12:29
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Niderland Krallığının xarici işlər naziri Frans Timmermans arasında görüş keçirilib.
İnterAz xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin indiki və gələcək inkişaf perspektivləri, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı mühüm məsələlər müzakirə olunub.
Hazırda XİN rəhbərləri mətbuat konfrası keçirirlər.