Milli Şura etiraz marafonu keçirir

Marafonu keçirtməkdə məqsəd Qarabağ döyüşçüsü Zaur Həsənovun özünü yandırmasından sonra keçirilən etiraz aksiyasinda cərimələnən gənclərə və Qarabağa müharibəsi veteranlarına dəstəkdir

Bakı, Orxan Kərimov, İnteraz - 04 Fevral 2014, 11:55

Milli Şura cərimə edilən etirazçılara dəstək marafonu keçirir.

 

İnterAz-ın məlumatına görə, bu barədə jurnalist Şahvələd Çobanoğlu öz facebook səhifəsində məlumat verib.

 

O qeyd edib ki, marafonu keçirtməkdə məqsəd Qarabağ döyüşçüsü Zaur Həsənovun özünü yandırmasından sonra keçirilən etiraz aksiyasinda cərimələnən gənclərə və Qarabağa müharibəsi veteranlarına dəstəkdir.

 

Tədbir bu gün AXCP-nin qərargahında (Bakı şəhəri, Tələt Şıxəliyev küçəsi, 8 ünvanında) saat 12-də başlayır və davam edəcək. Hər kəs imkanı daxilində yardım edərək bu aksiyaya qoşula bilər. Hətta maddi yardıma imkanı çatmayanlar öz mənəvi dəstəyini ifadə etmək üçün tədbirə qatıla bilərlər. Hər kəsi ölkədə haqlar, azadlıqlar və demokratiya uğrunda mübarizə aparan insanlara dəstək verməyə çağırırıq.

 
sss