MN: Ermənilər sutka ərzində atəşkəsi 66 dəfə pozub

Düşmən cavab atəşi ilə susdurulub

Bakı, Tural Səftərov, İnteraz - 04 Fevral 2014, 10:38

Ötən gün cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 66 dəfə pozulub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şıxlar, Şirvanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

sss