Qənirə Paşayeva və nazir müavini Vaqif Əliyev medalla təltif edilib

Törəndə çıxış edən millət vəkili Q.Paşayeva, təltifdən çox məmnun olduğunu, şərəf duyduğunu qeyd edib

Bakı, Orxan Kərimov, İnteraz - 04 Fevral 2014, 10:12

Ankarada – TÜRKSOY-un Baş Qərargahında düzənlənən mərasimdə, TÜRKSOYun çalışmalarına vermiş olduqları dəstək nəzərə alınaraq, Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşeyeva və Mədəniyət və Turizm nazirinin I müavini Vaqif Əliyevə TÜRKSOY-un  “20-ci il”  medalı təqdim edilib.   

 

İnterAz-ın məlumatına görə, bu barədə Qənirə Paşayeva öz facebook səhifəsində məlumat verib.

 

TÜRKSOY Baş katibi Düsen Kaseinov, TÜRKSOYun quruluşunun 20-ci ildönümü xatirəsinə, Türk Dünyası mədəniyyət, sənət və elm sahəsində üstün xidmətlər göstərən şəxslər üçün hazırlanan medalın Azərbaycanlı millət vəkili Qənirə Paşayevaya və Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyevə təqdim etməkdən son dərəcə məmnun olduğunu deyib, onlara xidmətlərinin davamını arzu edib.

 

Törəndə çıxış edən millət vəkili Q.Paşayeva, təltifdən çox məmnun olduğunu, şərəf duyduğunu dilə gətirərkən, bu şərəfin özü ilə bərbər məsuliyyət də gətirdiyini qeyd edib: “Mən TÜRKSOY-un könüllü əsgəri, belə demək olarsa, elçisiyəm. 

 

Mədəniyyət və Turizm nazirinin 1-ci müavini Vaqif Əliyev də çıxış edərək Azərbaycanın TÜRKSOY-un fəaliyyətinə verdiyi önəm və dəstək barədə danışıb və bildirib ki, bu dəstək bundan sonra da hər zaman yüksək səviyyədə davam edəcək.

 
sss