Türkiyədə Xocalı sərgisi açılacaq
Fevralın 23-də keçirilməsi nəzərdə tutulan sərgi və konfrans İstanbuldakı Türkan Saylan Mədəniyyət Mərkəzində baş tutacaq
Bakı, Tural Səftərov, İnteraz - 03 Fevral 2014, 17:10
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Türkiyədə foto-sərgi və konfrans təşkil olunacaq.
Bu barədə İnterAz-a İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu məlumat verib.
O bildirib ki, fevralın 23-də keçirilməsi nəzərdə tutulan sərgi və konfrans İstanbuldakı Türkan Saylan Mədəniyyət Mərkəzində baş tutacaq. Burada iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti qardaş Türkiyəyə gedəcək: “Konfransda Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, deputatlar Qənirə Paşayeva, Atilla Kaya, Əli Özgündüz, İbrahim Öztəkin və digər şəxslər məruzə edəcəklər”.