Türkiyənin TRT kanalı Azərbaycandakı dini durumdan danışacaq

TRT-nin tanınmış jurnalisti Cem Oğuz tərəfindən hazırlanan filmdə ölkəmizdəki ibadət evləri, Aərbaycanda islamın yayılması və inkişafı haqqında ətraflı məlumat veriləcək

Bakı, Orxan Kərimov, İnteraz - 03 Fevral 2014, 11:19

Bu gün Türkiyə vaxtı ilə saat 22:30 (00:30 Bakı vaxtı ilə) TRT Türk efirində yayımlanacaq "Qafqazda müsəlmanlar" filminin ilk birinci və ikinci bölümü Azərbaycana həsr edilib.

 

İnterAz-ın məlumatına görə,  bu barədə Dini Qrumlarla İş üzrə Fövlət Komitəsinin (DQİDK ) rəsmi facebook səhifəsində məlumat verilib.

 

TRT-nin tanınmış jurnalisti Cem Oğuz tərəfindən hazırlanan filmdə ölkəmizdəki ibadət evləri, Aərbaycanda islamın yayılması və inkişafı haqqında ətraflı məlumat veriləcək. Eyni zamanda filmdə DQİDK sədri Elşad İskəndərovun müsahibəsi yer alıb.

 
sss