Azərbaycanda Ermənistandan fərqli olaraq orduda baş verən itkilər gizlədilmir - Müdafiə Nazirliyi

Cəbhə xəttində Azərbaycan ordusunun 8 hərbçi itirməsi, 20-dək hərbçinin isə yaralanması barədə erməni mətbuatının yaydığı xəbərlər həqiqəti əks etdirmir

Bakı, Tural Səftərov, İnteraz - 03 Fevral 2014, 09:48

Cəbhə xəttində yanvarın 19-dan fevralın 1-dək baş vermiş döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub.

 

İnterAz xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib ki, cəbhə xəttində Azərbaycan ordusunun 8 hərbçi itirməsi, 20-dək hərbçinin isə yaralanması barədə erməni mətbuatının yaydığı xəbərlər həqiqəti əks etdirmir: "Azərbaycanda Ermənistandan fərqli olaraq orduda baş verən itkilər mətbuatdan, ictimaiyyətdən gizlədilmir, ermənilərin itkisi isə onlarladır."

 

Xatırladaq ki, Ermənistan mətbuatı Azərbaycan Ordusunun cəbhə xəttinə ağır hərbi texnika toplaması barədə xəbərlər dərc ediblər.

sss