Cəbhədən əsgərlərimizin yeni görüntüləri
Şəkilləri hərbi mütəxəssis Rahib Qərib öz facebook səhifəsində paylaşıb
Bakı, Tural Səftərov, İnteraz - 03 Fevral 2014, 09:46
Sosial şəbəkədə Azərbaycan əsgərlərinin çətin təbiət şərtlərində vətən xidməti göstərdiyini əks etdirən foto şəkillər yayılıb.
İnterAz-ın məlumatına görə, şəkilləri hərbi mütəxəssis Rahib Qərib öz facebook səhifəsində paylaşıb.
Müəllif fotoları "Marş" proqramının növbəti buraxılışının hazırlıqları zamanı çəkib.
“N” saylı hərbi hissədə əsgərlərin əhval-ruhiyyəsinin yüksək olduğu bildirilir.
“Səngərdə yüksək döyüş hazırlığını gördükcə kefimiz də yüksəldi” – deyə Rahib Qərib sosial şəbəkədə yazdığı şərhdə bildirir.
Rahib Qərib həmçinin kadrların, cəbhənin ən çox gərginlik yaşanan istiqamətində çəkildiyini qeyd edib.