Ermənilərin 4 min azərbaycanlını öldürməsi faktı Fransada aşkar olundu - Fotolent

"Bu məktub, Fransanın Qafqaz üzrə Ali Komissarı Damien de Martel tərəfindən 20 iyul 1920-ci ildə Fransanın Xarici İşlər Nazirliyinə göndərilmişdir"

Bakı, Vüsal Nəbiyev, İnteraz - 31 Yanvar 2014, 14:16

Azərbaycanın Los Ancelsdəki baş konsulu Nəsimi Ağayev ermənilərin 4 min azərbaycanlını qətlə yetirmsi ilə bağlı sənədləri aşkar edib. Həmini sənədlər hal-hazırda Fransanın Xarici İşlər Nazirliyinin arxivindədir. 

"Bu, Fransanın vaxtilə Tbilisidə fəaliyyət göstərən Qafqaz üzrə Ali Komissarı (səfiri) Damien de Martel tərəfindən 1920-ci ildə Fransanın Xarici İşlər Nazirliyinə (XİN) göndərilmiş və hazırda Fransa XİN-in arxivində saxlanılan məktubdur. Məktubda Ali Komissar Ermənistanda, paytaxt İrəvan ətrafında yaşayan qadın və uşaqlar da daxil olmaqla 4 000 azərbaycanlının 1920-ci ilin iyun ayında erməni ordusu tərəfindən necə kütləvi qırğına məruz qaldığı göstərilir. 

Məktubdan çıxarışın ( (3-cü səhifə) Azərbaycana dilinə tərcüməsi: “…Bu hərbi əməliyyatlara gəldikdə isə, Ermənistandan yenicə qayıtmış şahidlərdən əməliyyatların necə aparıldığına dair bir sıra məlumatlar əldə etmişəm. İyun ayının axırlarında İrəvanın cənubunda erməni qoşunları 40 000-dən çox müsəlmanın [azərbaycanlının] məskunlaşdığı 25 tatar [azərbaycanlı] kəndini mühasirəyə almışlar. Paytaxta yaxın ərazidə yaşayan və hər hansı müstəqillik iddiasında olmayan buradakı əhali həmişə sakit və sülhpərvər həyat tərzi sürüb. Onları top atəşləri ilə yaşadıqları kəndlərdən qovaraq Araz çayına töküblər. Boşalan kəndləri isə qısa zamanda gəlmə ermənilər işğal edib. Bu hadisə zamanı erməni əsgərlər tərəfindən qadın və uşaqlar da daxil olmaqla 4 000 nəfər Araz çayına tökülərək öldürülüb. Bu məktubda təfərrüatları sadalamaqla göstərmək istəyirəm ki, heç də həmişə “eyni əhali [xalq] kütləvi qırğına məruz qalmır...”

Bu məktub, Fransanın Qafqaz üzrə Ali Komissarı Damien de Martel tərəfindən 20 iyul 1920-ci ildə Fransanın Xarici İşlər Nazirliyinə göndərilmişdir (Arxiv reyestri: Archives du Ministère des Affaires Etrangères de la République Française, microfilm P 16674)

Məktubun fransız dilində əsili və ingilis dilinə tərcüməsi ilə əlavədəki linkdə tanış olmaq olar."

 
sss