Qafqaz Müsəlmanları İdarəsi ləğv edilməlidir - Politoloq

QMİ-nin adı "Müsəlman İcmalar Şurası", ya da "Müsəlman İcmalar Birliyi" olmalıdır”

Bakı, Tural Səftərov, İnteraz - 31 Yanvar 2014, 12:41

Politoloq Fərhad Mehdiyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ləğvini istəyir.

 

İnterAz-ın məlumatına görə, bu barədə F.Mehdiyev öz facebook səhifəsində bildirib.

 

O qeyd edib: “Qafqaz Müsəlmanları İdarəsi keçmiş SSRİ zamanında qurulmuşdu. SSRİ-də bir dövlət olduğu üçün Bakıda yerləşən QMİ-nin Şimali Qafqazı da, Gürcüstanı da əhatə etməsi təbii görünə bilərdi. Lakin artıq SSRİ parçalanıb, QMİ-nin yurisdiksiyasını nə sünni Şimali Qafqaz (həm icmaları, həm rəsmi qurumları), nə də ki Gürcüstanın rəsmi qurumları qəbul edir. Başqa sözlə, QMİ yurisdiksiyası ancaq Azərbaycan Respublikası ilə məhdudlaşır. Belə olan halda QMİ-nin adı müvafiq qaydada dəyişilməlidir. Hətta məncə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə QMİ-nin səlahiyyətlərinə bir daha baxılmalıdır. Çünki QMİ faktiki olaraq "İdarə" səlahiyyətlərinə sahib deyildir. QMİ-nin adı "Müsəlman İcmalar Şurası", ya da "Müsəlman İcmalar Birliyi" olmalıdır”.

 
sss