Millət vəkili Məhəmməd Əmin Rəsulzadənin nüfuzundan danışdı

M.Ə.Rəsulzadə XX əsrin əvvəlində Azərbaycanda milli fikrin oyanmasında, müstəqillik ideyalarının yayılmasında xidmətləri olan görkəmli ziyalılardan biridir

Bakı, Orxan Kərimov, İnteraz - 31 Yanvar 2014, 10:40

Milli Məclisin deputatı Aydın Mirzəzadə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 ili tamam olması münasibəti ilə öz fikirlərini bildirib.

 

İnterAz-ın məlumatına görə, deputat öz facebook səhifəsində qeyd edib ki, M.Ə.Rəsulzadə XX əsrin əvvəlində Azərbaycanda milli fikrin oyanmasında, müstəqillik ideyalarının yayılmasında xidmətləri olan görkəmli ziyalılardan biridir. Onun siyasi fəaliyyəti, mətbuatda analitik yazıları azərbaycançılığın formalaşmasında əhəmiyyətli rol oynayıb. O dövrün görkəmli ictimai-siyasi xadimləri, nüfuzlu insanları ilə birlikdə o xalqın inkişaf yolunu daima axtarıb.

 

Azərbaycansevər siyalılarla birgə fəaliyyəti çətin 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının elan edilməsinə və dövlətçiliyin möhkəmlənməsinə gətirib çıxarmışdır. Onun ilk Milli Şuraya sədr seçilməsi də onun xidmətlərinə verilən qiymət idi. Sonradan rəsmi hakimiyyətdə olmasa da, Məhəmməd Əmin Rəsulzadə ADR-də söz sahibi olan şəxslərdən idi və quruculuğa öz töhvəsini verirdi.

 

ADR-in süqutundan sonra onun mühacirətdə müstəqil Azərbaycan ideyalarının qoruyub saxlaması uğrunda mübarizə aparması indiki nəsillər tərəfindən unudulmur.

sss