Rusiya XİN Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsindən narahatdır

Bu barədə Rusiya XİN-in rəsmi saytındakı bəyanatda qeyd edilib

Bakı, Tural Səftərov, İnteraz - 31 Yanvar 2014, 09:06

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsindən narahatdır.

 

İnterAz-ın məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi saytındakı bəyanatda qeyd edilib: “Son günlər sərhəddə və təmas xəttində atəşkəs rejiminin pozulması hallarını artması nəticəsində hərbçilər arasında itkilər var. Dinc əhali arasında yaralıların olduğu barədə məlumat var. Hesab edirik ki, gərginliyin bundan sonra da artması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə mənfi təsir edəcək. Vyanada 19 yanvar 2013-cü il tarixində baş tutmuş sammitdə əldə olunmuş razılaşmaların reallaşmasında ciddi çətinliklər yarana bilər”.

 

Rusiya XİN münaqişə tərəflərini vəziyyətin sabitləşdirilməsi istiqamətində 1995-ci il atəşkəs rejimin möhkəmlənməsinə dair razılaşmada nəzərdə tutulmuş mexanizmləri də tətbiq etməklə əlavə tədbirlər görməyə çağırıb.

sss