Zakir Həsənov Serbiya səfirini qəbul edib

Müdafiə naziri qonaqla Azərbaycan-Serbiya ikitərəfli hərbi əməkdaşlığı, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi barədə məsələləri müzakirə edib

Bakı, Tural Səftərov, İnteraz - 30 Yanvar 2014, 17:11

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının Azərbaycandakı səfiri Zoran Vayoviçi qəbul edib.

 

Nazirliyin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, müdafiə naziri qonaqla Azərbaycan-Serbiya ikitərəfli hərbi əməkdaşlığı, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi barədə məsələləri müzakirə edib.

 

General-polkovnik Zakir Həsənov Qarabağ probleminin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həllində Serbiyanın göstərdiyi dəstəyə görə səfirə minnətdarlığını bildirib.

 

Öz növbəsində səfir Zoran Vayoviç ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu vurğulayıb, Serbiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə tərəfdar olduğunu qeyd edib.

sss