Azərbaycanın yeni döyüş vertolyotları

Rusiya mediasının xəbərinə görə, bu ay Azərbaycanın Rusiyadan aldığı 24 ədəd `Ми-35М` vertolyotlarının hamısı ölkəyə çatdırılıb

Bakı, Tural Səftərov, İnteraz - 30 Yanvar 2014, 12:10

Bu ay Azərbaycanın Rusiyadan aldığı 24 ədəd `Ми-35М` vertolyotlarının hamısı ölkəyə çatdırılıb.

 

İnterAz xezerxeber.com-a istinadən məlumat verir ki, 360 milyon dollar dəyərindəki sövdələşmə 2010-cu ilin sentyabrında imzalanmışdı. 

 

Qeyd edək ki, `Mi-35M` vertolyotları düşmənin zirehli texnikasını məhv etmək, öz qoşunlarının hücumuna dəstək vermək, desant çıxarmaq, yaralıları evakuasiya etmək üçündür. Bu hərbi maşınlar `Mi-24B ` vertolyotunun modifikasiyasdır.

 

Vertolyot 2012-ci ilin sentyabrından Rusiya Ordusunda istifadə olunur. Azərbaycandan başqa, Braziliya və Venesuela da bu vertolyotdan alıblar.

 

Hərbu tapşırığa gedərkən vertolyot ikilüləli, 23 mm çaplı `QŞ-23L` topu ilə, tank əleyhinə raketlərlə və 80 mm-lik idarə olunmayan raketlərlə (`Şturm-B`, yaxud `Ataka-M`) silahlanır. 

 

Ekipaj 2 pilot və 1 texnikdən ibarətdir. 8 sərnişin tutur. 2400 kiloqrama qədər yük qaldıra bilir. 

 

Maşın 2200 at gücündə olan mühərriklə təchiz olunub. Maksimal sürəti 300 km/saat dır. Döyüş radiusu 450 km, uçuş hündürlüyü (`tavanı`) 3150 metrdir. 

 

Vertolyot müasir naviqasiya və müdafiə vasitələri ilə təchiz olunub.

 

sss