Cəbhədə son vəziyyət

Düşmən ordusunun silahı "susmur"

Bakı, Tural Səftərov, İnteraz - 30 Yanvar 2014, 11:58

Ermənistan silahlı qüvvələri Füzulinin Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Ağdamın Mərzili, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Şuraabad, Sarıcalı, Cəvahirli Tərtərin Çiləbürt, Çaylı, Qızıl Oba, Göyarx, Goranboyun Tapqaraqoyunlu, Xocavəndin Kuropatkino, Gülüstan, Cəbrayılın Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Müdafiə Nazirlyinin mətbuat xidmətindən verilən İnterAz-a məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

sss