Moskvada Rəsulzadənin 130 illiyi anılacaq

Tədbirdə Azərbaycan və rus ictimaiyyətinin təmsilçiləri ilə yanaşı, Rusiyada yaşayan digər xalqların da nümayəndələri iştirak edəcək

Bakı, Tural Səftərov, İnteraz - 30 Yanvar 2014, 10:54

Moskvadakı "Məhəmməd Əmin Rəsulzadə Məclisi"nin ümumi rəhbərliyi ilə Azərbaycan diaspor təşkilatları sabah M.Ə.Rəsulzadənin anadan olmasının 130 illiyi münasibəti ilə böyük yubiley tədbiri keçirəcək. İnterAz xəbər verir ki, bu haqda Modern.az saytına Rəsulzadə Mərkəzinin rəhbəri Nəsiman Yaqublu məlumat verib .

 

O bildirb ki, tədbirdə Azərbaycan və rus ictimaiyyətinin təmsilçiləri ilə yanaşı, Rusiyada yaşayan digər xalqların da nümayəndələri iştirak edəcək.Yubiley tədbirində  mən də "Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası" və rus dilində hazırladığım "Məhəmməd Əmin Rəsulzadə-130" foto –albomumu da paylayacam. Eyni zamanda, tədbirdə M.Ə.Rəsulzadənin fəaliyyəti ilə bağlı məruzə də edəcəm.

sss