ABŞ konqresmeni 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı bəyanat verib

O, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik qazanmaq əzmini qırmadığını və bu yolda mübarizənin 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin elan olunması ilə nəticələndiyini bəyan edib

Bakı, Tural Səftərov, İnteraz - 30 Yanvar 2014, 10:11

ABŞ konqresmeni Ed Pastor 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı Konqresdə bəyanatla çıxış edib.

 

İnterAz-ın məlumatına görə, o, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik qazanmaq əzmini qırmadığını və bu yolda mübarizənin 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin elan olunması ilə nəticələndiyini bəyan edib.

 

Azərbaycanın müstəqillik arzusunun hər zaman xüsusi olduğunu deyən E.Pastor hələ 1918-ci ildə qurulan ilk müstəqil Azərbaycan Respublikasının qadınlara seçki hüququ verdiyini vurğulayıb.

sss