Avropa İttifaqı Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən təəssüflənir

"Avropa İttifaqı müharibə olmasını, qanların axıdılmasını qəti istəmir və yalnız sülh tərəfdarıdır."

Bakı, İlkin Nadirov, Vüsal Nəbiyev, İnteraz - 29 Yanvar 2014, 17:08

"Biz təəssüf hissi ilə cəbhə xəttindəki vəziyyəti izləyirik" - bu sözləri jurnalistlərə müsahibəsində Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard söyləyib. Diplomat qeyd edib ki, "Avropa İttifaqı müharibə olmasını, qanların axıdılmasını qəti istəmir və yalnız sülh tərəfdarıdır."

Malena Mard əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün ATƏT-in Minsk qrupunun işinə dəstək verməyə hazırdılar.

 

sss