Azərbaycan ilə Özbəkistan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub

General-mayor Şavqat Normatov Özbəkistan tərəfinin Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə və ikili təyinatlı məmulatlara maraq göstərdiyini bildirib

Bakı, Tural Səftərov, İnteraz - 29 Yanvar 2014, 16:30

Yanvarın 29-da nazir Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində istehsal olunan müdafiə və ikili təyinatlı məmulatlarla yaxından tanış olmaq üçün Azərbaycanda səfərdə olan Özbəkistanın müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Şavqat Normatovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə İnterAz-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 

Nazir Yavər Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verib.

 

General-mayor Şavqat Normatov Özbəkistan tərəfinin Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə və ikili təyinatlı məmulatlara maraq göstərdiyini bildirib.

 

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Üçgünlük səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti MSN-in bir neçə müəssisəsində olub, istehsal prosesini yaxından izləyib.

 

Görüşdə Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev iştirak edib.

sss