“Məhəmməd Əmin Rəsulzadənin yubileyi ilə əlaqədar proqrama uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir” - PA rəsmisi

M. Rəsulzadənin yubileyinin qeyd olunması ilə bağlı proqram mövcuddur: “Proqrama uyğun olaraq tədbirlər həyata keçirilir”

Bakı, Tural Səftərov, İnteraz - 29 Yanvar 2014, 15:06

“Məhəmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq müvafiq qurumlara lazımı tapşırıqlar verilib. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi Rəsulzadənin yubileyi layiqli səviyyədə qeyd olunacaq”.

 

İnterAz xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

 

PA rəsmisi qeyd edib ki, M. Rəsulzadənin yubileyinin qeyd olunması ilə bağlı proqram mövcuddur: “Proqrama uyğun olaraq tədbirlər həyata keçirilir”.

 

Ə. Həsənov yubileylə bağlı Türkiyədə keçiriləcək tədbirə Azərbaycandan dövlət səviyyəsində nümayəndə heyətinin qatılacağını da deyib.

sss