Pandemiya dövründə Həcc ziyarəti

  • 0
    paylaşım
  • 27

Bakı, Gülnarә Quliyeva, İnteraz, 30 Iyul 2020, 08:52

Səudiyyə Ərəbistanında müsəlmanların Həcc ziyarəti başlayıb. 

 

İnterAz bildirir ki, bu barədə “BBC” xəbər verib.

 

Adətən, Həccə dünyanın hər yerindən bir neçə milyon insan gəlir, lakin koronavirus səbəbindən Səudiyyə Ərəbistanı hakimiyyəti xaricdən zəvvarların gəlməsini qadağan edib - yalnız Səudiyyə Ərəbistanı sakinləri və ya artıq ölkədə olan əcnəbilər Həcc ziyarətinə gedə bilərlər.

 

Hər bir müsəlman, əgər sağlamlığı və maddi vəziyyəti imkan verirsə, həyatında, heç olmasa, bir dəfə də olsun Həcc ziyarətinə getməlidir.

 

Həcc ziyarətinin illik gəlirləri təxminən 5-6 milyard dollar təşkil edir - Krallığın ÜDM-in 10%-ə qədər.

 

Zəvvarların sayına görə ən yüksək göstərici 2012-ci ildə qeydə alınıb - 3 milyondan çox insan. Bu il onların sayının 10 min nəfərə yaxın olacağı gözlənilir.

 

Məkkəyə getdikdə bütün zəvvarlar karantindən keçməlidirlər. Həcc ziyarətindən qayıtdıqdan sonra evdə də onları iki həftəlik karantin gözləyir.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 270 min koronavirusa yoluxma halı qeydə alınıb, təxminən üç min nəfər dünyasını dəyişib.

 

XIX əsrdə də Həcc ziyarəti epidemiyaların yayılması səbəbindən bir neçə dəfə ləğv edilib.