Bakıda 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi açılıb

  • 0
    paylaşım
  • 38

Bakı, Orxan Kərimov, İnteraz, 04 Oktyabr 2013, 15:29

Bakıda 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi bu gün işə başlayıb. Bu il “Təhsil və Karyera” sərgisi dünyanın 18 ölkəsindən 108 iştirakçını bir araya gətirəcək və burada ali təhsil almaq və ya öz biliklərini artırmaq istəyən şəxslərə geniş informasiya təklif olunur. Belarus, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İspaniya, Kanada, Litva, Polşa, Rusiya, Ukrayna, BƏƏ və Cənubi Koreyanın ali təhsil müəssisələri Azərbaycanda ən çox tələb olunan ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqramlar təqdim edirlər. Builki sərginin fərqləndirici cəhətlərindən biri müxtəlif ölkələrin dövlət təhsil orqanlarının dəstəyi ilə çıxış edən milli qrupların fəal iştirakıdır. Belə ki, bu il sərgidə birdən-birə beş ölkə öz milli stendi ilə çıxış edir. 

Qeyd edək ki, beynəlxaq sərginin informasiya dəstəyi İnterAz televiziyası və SalamNews İnformasiya Agentliyidir.

sss