Azərbaycanın eks prezidenti Ayaz Mütəllibov İnterAz-a müsahibə verib

  • 0
    paylaşım
  • 61

Bakı, Orxan Kərimov, İnteraz, 06 Sentyabr 2013, 17:03

"Mən güclü hakimiyyətin və ölkənin taleyi üçün məsuliyyəti öz üzərinə götürə biləcək güclü müxalifətin həmişə tərəfdarı olmuşam." Bunu InterAz telekanalına eksklüziv müsahibəsində Azərbaycanın eks prezidenti Ayaz Mütəllibov bildirib.

A.Mütəllibov deyib ki, ölkəmizin hüdudlarından kənarda yaşadığımız bütün illər ərzində Vətənə qayıtmaq istəyi bizi heç vaxt tərk etməmişdi. Əminliklə deyə bilərəm ki, həsrət hissi ilə də bağlı olan bu istək bizim bütün həmvətənlərimizin də qəlbində məskunlaşıb. Onların bir çoxu qəriblikdə yaşamağa məcbur olmuşlar, çünki onlar orada, eyni zamanda Vətəndə olan ailələrinin yaşayışını təmin edən bir işə sahibdirlər. Uzun illər Rusiyada yaşamağıma baxmayaraq, mənim heç ağlıma da gələ bilməzdi ki, öz ölkəmin vətəndaşlığından imtina edə və digər bir ölkədə bu statusa sahib ola biləm. Bilirəm ki, bir çox azərbaycanlılar öz vətəndaşlığından imtina etmirlər, baxmayaraq ki, belə bir vəziyyət onların digər ölkədə fəaliyyətini çətinləşdirir. 

sss