M8 ekspress marşrut xəttində gediş haqqı azaldılıb

...Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 May 2021, 10:03

Bakı Nəqliyyat Agentliyi vətəndaşların rahatlığını nəzərə alaraq M8 ekspress marşrut xəttini (Maştağa qəsəbəsi - “Gənclik” metro stansiyası) adi rejimə keçirib.

 

İnterAz xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

 

"Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib", - deyə o, qeyd edib.

sss