Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

...bu barədə Fondun mətbuat xidməti məlumat yayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Aprel 2021, 12:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.

 

İnterAz xəbər verir ki, bu barədə Fondun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

 

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.

sss