Ötən il ölkəyə ən çox idxal olunan məhsullar açıqlanıb

...Ötən il ölkəyə ən çox idxal olunan məhsullar maşın və elektrik avadanlıqları olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Mart 2021, 13:08

Ötən il ölkəyə ən çox idxal olunan məhsullar maşın və elektrik avadanlıqları olub.

 

İnterAz-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib.

 

O qeyd edib ki, ölkəyə idxal olunan məhsulların 23.6 faizi bu malların üzərinə düşür:

 

“Digər mallar isə nəqliyyat vasitələri və onların ehtiyat hissələri, qara metal və onlardan hazırlanan məmulatlar, əczaçılıq məhsulları və digər məhsullardır”.

sss