Bitkoin ucuzlaşmaqda davam edir
...bitkoin 16,38 faiz ucuzlaşaraq 45 615 ABŞ dollarınadək geriləyib
Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Fevral 2021, 17:53
Bu gün keçirilən hərraclarda Bakı vaxtı ilə saat 15:57-yə olan vəziyyətə görə, bitkoin 16,38 faiz ucuzlaşaraq 45 615 ABŞ dollarınadək geriləyib.
İnterAz xəbər verir ki, bu barədə 20-dən artıq birjanın göstəricilərinə əsasən “Coin Desk” bildirib.
Həmçinin Bakı vaxtı ilə saat 16:10-a olan vəziyyətə görə isə, bitkoin 46 369 dollardan satılıb ki, bu da ötən sessiyaya nisbətən 14,5 faiz azdır.